“Avatar 2: Suyun yolu” filmi böyük ekranlarda

A- A A+

Dekabrın 15-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Avatar 2: Suyun yolu” filminin premyerası olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 200 dəqiqə davam edən filmin rejissoru Ceyms Kamerondur. Film fantastika, döyüş filmi və triller janrında çəkilib.

Avatar formasını aldıqdan sonra əsgər Ceyk Salli Navi xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var - Ceyk ilə gözəl sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış yerlilər Pandoraya qayıtdıqda Ceyk cavab verməyə hazırdır.

Rolları Mişel Yeo, Zoi Saldana, Keyt Uinslet və başqaları canlandırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: