Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb - FOTOLAR

A- A A+

İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin “Star” qəzeti tərəfindən keçirilən mərasim bu il “Yük kimin çiynində” mövzusu ilə baş tutub.

Bu il mükafata layiq görülənlər arasında Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev də var.

“Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə mükafatlandırılan yazıçımıza mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Türkiyə Prezidenti çıxışında Elçin Əfəndiyevin müxtəlif dillərə tərcümə edilən əsərləri ilə qəlbləri fəth etdiyini deyib. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğunun səmimiyyətinin, həmrəyliyinin dünyada nümunə kimi göstərildiyi bir dövrdə verdiyimiz bu mükafat xüsusi məna daşıyır.

Ümumilikdə altı nominasiya üzrə təqdim edilən mükafata “Şeir” nominasiyası üzrə şair Mehmet Can Doğan, “Hekayə-roman” nominasiyası üzrə Ayşegül Genç, “Fikir-araşdırma” nominasiyası üzrə Mustafa Özel, “İlk əsərlər” nominasiyası üzrə Elif Genç, “İlk əsərlər” nominasiyası üzrə Can Acer və “Hörmət” nominasiyası üzrə İlhami Atalay layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: