“Xurşidbanu Natəvan” tamaşası bu dəfə Kəngərlidə təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı Kəngərlidə nümayiş etdirib.

Kəngərli  Rayon Mədəniyyət Sarayında təqdim olunan tamaşanın quruluşçu rejissoru əməkdar artist Tofiq Seyidov, quruluşçu rəssamı əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır.

Tamaşa Qarabağ xanlarının varisi, şairə Xurşidbanu Natəvan şəxsiyyətindən bəhs edir. Xalqın rifahı naminə əcdadlarından qalan mülkləri belə bu yolda sərf etməkdən çəkinməyən xan qızının keşməkeşli həyatı və yaradıcı fəaliyyəti tamaşada rəngarəng boyalarla əks etdirilib.

Görkəmli şairə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə təqdim olunan uğurlu səhnə əsərində Qarabağ xanı İbrahim xanın nəvəsi, general Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanla yanaşı, Xasay xan Usmiyev, Seyid Hüseyn, Qafqaz canişini, şair-rəssam Nəvvab kimi tarixi şəxsiyyətlərin obrazları da canlandırılıb. Natəvanın xalqına, vətəninə məhəbbəti tamaşanın əsas süjet xəttini təşkil edir.

Əməkdar artistlər Vidadi Rəcəbli, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov, gənc aktyorlar Mehri Nəbiyeva, Səyyad Məmmədov, Ələsgər Quliyev, Anar Eyvazov, Məmməd Mehdiyev, Uğur Nəsirli, Səkinə Məmmədova və digərləri məharətlərini nümayiş etdirərək, yaratdıqları obrazların daxili aləmini olduğu kimi tamaşaçılara çatdırıblar.

Muxtar respublikanın digər bölgələrində də təqdim olunan "Xuşidbanu Natəvan" tamaşası Kəngərli rayon ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: