Şərur xalq teatrı yeni tamaşa hazırlayır   

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayon xalq teatrının kollektivi  mövsümün növbəti tamaşasının məşqlərə başlayıb. Qeyd edək ki, Rza Təhmasib adına Şərur rayon xalq teatrı 1981-ci ildən fəaliyyət göstərir. Teatr bu günə qədər Anton  Çexovun “Ayı”, Mirzə Fətəli  Axundzadənin  “Dərviş Məstəli Şah”,  Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Cahangir Aslanoğlunun “Qısqanc ər”, Nəcəf bəy Vəzirovun “Dələduz”  əsəri əsasında  hazırlanan  maraqlı tamaşaları ilə teatrsevərlərin qarşısına çıxıb. 

Kollektiv hazırda Əli Əmirlinin “Varlı qadın” komediyası əsasında eyniadlı tamaşa hazırlayır. Qeyd edək ki, tamaşanın rejissoru, quruluşçu rəssamı və musiqi tərtibatçısı Nəsimi Məmmədzadədir.

Tamaşadakı hadisələr  1990-cı illərin əvvəlində baş verir. Əsər komediya olsa da əslində həmin dövrün insanlarının məişət problemlərini və nadanlığını  göstərir.  Bir anda əlinə miras keçən qadın qəfildən dəyişilərək tamam başqa adam olur. Hətta həyat yoldaşını belə tanımaq istəmir. 

Səhnə əsərində xalq teatrının tanınmış aktyorları Azərbaycan Respublikasının əməkdar artisti Nemət İslamoğlu,  Arif Nağıyev,  Elçin Arzumanlı, İlkanı Cavadlı  və başqaları maraqlı obrazlar yaradıb.

Tamaşa  noyabr ayının əvvəllərində  teatrsevərlərin  ixtiyarına veriləcək.

Nuray Nəzərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: