Tanınmış bəstəkar Oqtay Rəcəbov vəfat edib

A- A A+

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov bu gün 81 yaşında vəfat edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olan bəstəkar 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. Bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru idi.

Bəstəkarın uşaq mahnıları 6 məcmuədə çap olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: