Azərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib

A- A A+

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 17-ci sessiyası işə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sessiyada Azərbaycan ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi ilə təmsil olunur.

Sessiyanın açılışında Komitə Bürosunun formalaşdırılması məsələsi müzakirə edilib və yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib.

İki gün davam edəcək sessiyada UNESCO katibliyinin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi kimi bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: