Musiqi Kollecinə işə qəbul imtahanları keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, kollecdə 102 vakant vəzifənin  tutulması üçün 37 namizəd müraciət edib. Test üsulu ilə keçirilən imtahanda hər bir namizədə ümumilikdə 80 olmaqla, ixtisas üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib və 120 dəqiqə vaxt verilib. Test imtahanında ən azı 48 bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılırlar. İmtahan nəticələrinə əsasən test mərhələsində iştirak edən 37 namizəddən 30-u müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Test imtahanı mərhələsi başa çatdıqdan sonra 1 ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə mərhələsi keçiriləcək.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə keçirilən müsabiqəyə ən çox vakant vəzifə konsertmeyster-fortepiano ixtisası üzrə çıxarılıb, ən çox müraciət isə fotepiano ixtisası üzrə qeydə alınıb.

Qeyd edək ki, müvafiq müəllim vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi üzrə elmi dərəcəsi olan şəxslər həmin vəzifə üzrə işə qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, kitabxanaçı vəzifəsini tutmaq istəyən namizədlər isə yalnız test imtahanı mərhələsində iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: