Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov əmr imzalayıb.
2023-cü il yanvarın 1-dən qüvvəyə minən əmrə əsasən, Qırğızıstanda artistlərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunur.
Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.