ABŞ-da Şuşaya həsr olunmuş sənədli film nümayiş olunacaq

A- A A+

ABŞ-da isveçli fotoqraf, operator Mikael Silkeberqin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş etdiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, paytaxt Vaşinqtonda baş tutacaq təqdimat mərasimi Azərbaycanın ABŞ-daki səfirliyi tərəfindən təşkil olunub.

Təqdimat mərasimində filmin yaradıcı heyəti və rejissor Mikael Silkeberq də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib. Filmdə Şuşanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: