Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com” Türkiyənin “detayhaberler.com”, Yəmənin “Parlaq Qələmlər” ədəbiyyat jurnalının facebook səhifəsi, Gürcüstanın “iverioni.com.ge”, Salvadorun “reflexionesinternacionalessv”, “Literatura y poesía” saytları və sosial şəbəkələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə ərsəyə gətirilən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” (Dövlət Tərcümə Mərkəzi) adlı sənədli videoçarxın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, videoçarx Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın tarixindən, qədim ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, ipəkçilik, zərgərlik və digər sənətkarlıq abidələrinin yaranma mərhələlərindən bəhs edir.