Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

A- A A+

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları əcnəbilərə yeni növ – 96 saatlıq tranzit vizalar verəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudia” aviaşirkəti hakimiyyət orqanları ilə birgə “Sizin bilet vizadır” adlı layihə reallaşdırır. Layihəyə əsasən, əcnəbilər bu aviaşirkətin biletləri ilə Səudiyyə Ərəbistanda dörd gün, yəni 96 saat qala biləcəklər. Bu vaxt ərzində qonaqlar görməli yerləri ziyarət edə və ya həcc ziyarətini yerinə yetirə biləcəklər.

“Saudia”nın sərnişinləri vizanı bu ilin birinci yarısında biletlərin onlayn bron edilməsi zamanı rəsmiləşdirə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: