Naxçıvanlı rəssam ilk dəfə su altında rəsm çəkdi - FOTOLAR - FOTOLAR

A- A A+

Türkiyənin Fethiye əyalətində 27 aprel-2 may tarixlərində “Beynəlxalq Dənizlərimiz və Rənglərimiz” adlı  sərgi təşkil olunub.Sərgidə rəssamlar sualtında çəkdikləri rəsmləri nümayiş etdiriblər.

NUHÇIXAN xəbər verir ki, tədbirə ümumilikdə 13 rəssam qatılıb. Onların arasında Türkiyə ilə yanaşı, Gürcüstan və Azərbaycandan olan rəssamlar da var.Ölkəmizi Naxçıvandan 4 rəssam Həbibə Allahverdiyeva , Murad Nurlu, Arzu Novruzov, Həbib Allahverdiyev, Bakidan isə Ramiz Abbasov   təmsil ediblər. Rəssamlarımızın müxtəlif mövzularda işlədiyi əsərlər diqqəti çəkib. Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva bu festivalda bir ilkə imza atıb.4 əsərini sərgiləyən Həbibə xanım 2 rəsm əsərini suyun altında çəkib.Beləliklə, Həbibə Allahverdiyeva su altında rəsm çəkən  ilk azərbaycanlı qadın rəssam olub.

Tədbiri təşkil etməkdə əsas məqsəd dənizlərin daha gözəl istifadəsi üçün sənətin diliylə mesaj verməkdir. Sərginin təşkilatçısı Mine Sarmışdır.

Rəssamlar su altında rəsm çəkmək üçün xüsusi toxunulmuş kətan və yağlı boyadan istifadə ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının baş müəllimi,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: