Filarmoniya kollektivi Şərurda konsert proqramı təşkil edib - FOTOLAR
Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri “Heydər Əliyev İli” tədbirləri çərçivəsində konsert proqramlarını davam etdirir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti konsert proqramı Şərur rayonunda təşkil edilib.
Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən konsert proqramında 12 müxtəlif mahnı və təsnif səsləndirilib, rəqs nümunələri təqdim edilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert proqramında daha sonra ifa olunan bəstəkar Tofiq Quliyevin “Azərbaycana gəlsin” mahnısı maraqla qarşılanıb.
Konsert proqramında ifa edilən “Döyüşçülər” və “Qızların rəqsi”, “Xalq Heydər deyəcək”, “Azərbaycan”, “Zəfər himni” və digər mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Məhəmməd Fərəcov