Babəkdə “Heydər Əliyev – 100” adlı rəsm sərgisi təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunda “Heydər Əliyev İli” tədbirləri çərçivəsində rəsm sərgisi təşkil olunub.

Rayon Mədəniyyət Sarayında təşkil olunan sərgidə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Əməkdar rəssam Həbibə Allahverdiyeva və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı şəxslərə göstərdiyi xüsusi qayğısından danışıblar.

Sonra rəsm sərgisinə baxış olub. Sərgidə istedadlı qadınların, sağlamlıq imkanları məhdud şəxslərin və məktəblilərin maraqlı rəsm əsərləri nümayiş olunub. 100-dən artıq rəsm əsərinin nümayiş etdirildiyi sərgidə rəngkarlıq-qrafika üslubunda çəkilmiş əsərlər üstünlük təşkil edib.

Xosrov  İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: