Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub

A- A A+

Rusiyanın “Ridero” nəşriyyatı yazıçı- filosof Firuz Mustafanın üç kitabını nəşr edib.

NUHÇIXAN xəbər verir ki, birinci “Cənnət çiçəyi” kitabına müəllifin nəsr əsərləri daxil edilib. Burada müəllifin “Cənnət çiçəyi” və “Qapı” romanları, “Dəniz köçü” povesti, habelə hekayələri yer alıb. İkinci “Çardaqda zirzəmi” kitabında Firuz Mustafanın eyniadlı “Çardaqda zirzəmi” absurd dramı ilə yanaşı, 14 pyesi və səhnə əsərləri toplanıb.

Geniş oxucu auditoriyasının bildiyi kimi, Firuz Mustafa həm də tanınmış fikir adamı və filosofdur. Yeni cildlərdə müəllifin fəlsəfi əsərləri də işıq üzü görüb. Belə ki, üçüncü kitabda Firuz Mustafanın məşhur “Sərhədsiz dünya” fəlsəfi traktatı ilə yanaşı, esse və “poetik səsləşmələr” nəşr edilib. Əsərlərin hamısı rus dilinə peşəkar tərcüməçilər tərəfindən çevrilib, ayrı-ayrı vaxtlarda sayt və nəşrlərdə dərc olunub. Yeni üçcildliyi müəllifin seçilmiş əsərləri də hesab etmək olar.

Müəllif deyib: “Kitablar oktyabr ayı ərzində çap edilib. Bunlar mənim seçilmiş əsərlərim də sayıla bilər. “Ridero” nəşriyyatı əsərləri təmənnasız, öz hesabına çap edib. Kitablar elektron variantda da nəşr olunub. Onları “ЛитРес”, “amazon”, “ozon.ru” saytlarının kitab mağazalarından almaq, habelə dünyanın istənilən nöqtəsindən sifarişlə əldə etmək olar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: