Naxçıvanda 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı fləşmob keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 8-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhəri Heydər Əliyev prospektində təşkil olunan fləşmobda Naxçıvan Dövlət Filarmoniyasının musiqi qrupları və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivləri iştirak ediblər.

Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin nağara ifaçısı Nəcəf Hacılı diqqətçəkən musiqi nömrəsi ifa edib. Ardınca Estrada Orkestrinin nəfəsli alətlərdən ibarət musiqi qrupu tərəfindən “Lambada” musiqisi ifa edilib və həmin musiqiçilərin müşayiəti ilə Filarmoniyanın rəqs qrupu “Qaynana” filmindən “Mən oldum” musiqisi ilə rəqs edib.

Sonra Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin oğlan və qızlardan ibarət rəqs qrupu çıxış edib və yaxınlıqda olan xanımlara tər güllər bağışlayıb.

Şəhər sakinləri fləşmobu alqışlarla qarşılayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: