Avropada Azərbaycan mətbəxi nümayiş olunub

A- A A+

Polşanın paytaxt Varşava da daxil olmaqla bir neçə şəhərində Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan kulinar sərgidə Azərbaycanın Qarabağ da daxil olmaqla müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib.

Şura sədri Fərid Cəfərov bildirib ki, kulinar sərgidə polyaklar ilə yanaşı Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən çox azərbaycanlı qatılıblar. Martın 20-dən başlayan sərgi iki gün müddətində Polşanın bir neçə şəhərində davam edib.

Fərid Cəfərovun sözlərinə görə, sərgidə Şura üzvləri qonaqlara Azərbaycanın mədəni tarixinin müxtəlif nümunələri barədə məlumatlar veriblər, broşürlər paylayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: