Naxçıvan Dövlət Milli Dram Teatrında Beynəlxalq Teatr Günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Beynəlxalq Teatr Günü qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi, Xalq artisti Kamran Quliyev bildirib ki, 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur. Ölkə başçısı İlham Əliyev 3 fevral 2023-cü il tarixdə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu il həm də Naxçıvan teatrının 140 illik yubileyi ilə əlamətdardır. Vurğulanıb ki, “Heydər Əliyev İli”ndə Naxçıvan Teatrı ulu öndərə həsr olunan “Xilaskar”, milli teatrın yubileyinə həsr olunan “Lənkəran xanının vəzirinin sərgüzəştləri” və “Cibimizdəki dəlilik” tamaşaları ilə repertuarını zənginləşdirəcək.

Tədbirin bədii hissəsində Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Qeyd edək ki, komediyanın klassik nümunəsi olan “Müfəttiş” tamaşası Azərbaycan teatrlarında müxtəlif illərdə tamaşaya qoyulub. Qoqol əsərdə tamahkar, tənbəl və bacarıqsız çar məmurlarını satira hədəfinə tutur.

 

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: