Ümummilli Liderin anadan olmasının 95 illiyi münasibətilə Tyan-Şan və Elbrus dağlarına ekspedisiyalar təşkil edilib
Rusiya Federasiyası “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Qırğız Respublikasındakı nümayəndəliyinin dəstəyi ilə veteranlar təşkilatları əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim” zirvəsinə ekspedisiyası təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təşkil edilən ekspedisiyanın iştirakçıları 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq, üzərində dahi şəxsiyyətin rəsmi olan bayrağı burada dalğalandırıblar.
“Qələbənin Varisləri” Beynəlxalq İttifaqının növbəti ekspedisiyası yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. Beynəlxalq İttifaqın bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların ümummilli lideri Heydər Əliyevin xatirəsinə bəslədikləri hörmət və ehtiramı bir daha nümayiş etdirməkdir. Elbrus zirvəsinə yürüşün Ümummilli Liderin doğulduğu günədək – mayın 10-na qədər başa çatdırılması nəzərdə tutulur.