Ordubadda “Oğru” tamaşası təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubadda yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Əsər Ordubad Rayon Xalq Teatrının aktyorları tərəfindən səhnələşdirilib.
Rayon Mədəniyyət Sarayında nümayiş etdirilən tamaşanın rejissoru Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru isə Nadir Məhərrəmovdur.
Kollektivin repertuarına yeni daxil etdiyi “Oğru” tamaşasında ali təhsilli gəncin işsizlik ucbatından oğurluq etdiyi, bu əsasda evlərin sahibləri ilə maraqlı dialoqları yer alır. Əsərin sonunda gənclərə xitab olunaraq doğru yolla getmələri, pis vərdişlərdən uzaq durmaları tövsiyə olunur.
Mədinə Rəhimli