"Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Müsabiqədə 17 ümumtəhsil məktəbi üzrə 73 şagird 81 rəsm əsəri ilə iştirak edib. Əsərlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri, Vətən uğrunda canını fəda edən şəhidlərin qəhrəmanlığı və Azərbaycanın inkişafı boyaların dili ilə tərənnüm edilib.

Müsabiqənin yekun nəticəsinə görə, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Leyla İsmayıl birinci, 11 nömrəli tam orta məktəbin şagirdi Gülnur Həsənova, 14 nömrəli tam orta məktəbin şagirdi Sevgi Abdullazadə və 16 nömrəli tam orta məktəbin şagirdi Səidə Budaqlı ikinci, 3 nömrəli tam orta məktəbin şagirdləri Fatimə Həsənli, Əminə Quliyeva, 17 nömrəli tam orta məktəbin şagirdi Aysun Məmmədova isə üçüncü yerin qalibi olublar. 3 şagird isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib. 

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: