NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” III yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri , həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər. Müsabiqə Ən yaxşı film və Ən yaxşı foto istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq , film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrinin ictimaiyyətə , yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq , yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirməkdir.
Müsabiqədə yaradıcı qabiliyyəti olan hər bir yeniyetmə, gənc və digər yaş qrupundan olan yaradıcı və həvəskar şəxslər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan materiallar müsabiqənin məqsədinə uyğun olmalı və şərtlərə cavab verməli, ideya və kompozisiya orijinal olmalı, iş asan qavranmalı və təsirli , keyfiyyəti yaxşı olmalıdır. Bu hallar əsərlərin əsas qiymətləndirmə meyarları sayılır.
Təqdim edilən filmlər CD formatda bir ədəd diskdə və beş dəqiqədən artıq olmalı, fotolar isə 5 ədəddən artıq olmamalı, bir ədəd diskdə CD formatda və ya 20x30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda təqdim edilməlidir.
Mövzular isə aşağıdakı kimidir:
- Xalqımızın ailə dəyərləri, adət-ənənələri ;
- ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği;
- ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri;
- nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti;
- ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı;
- qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar;
- övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı;
- qonaqpərvərlik ənənələrimizin təbliği və s.
Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları film və ya fotoları, müvafiq anketi şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə 2018-ciil iyun ayının 29-dək Naxçıvan Muxtar Respublikasının Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidir.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
Birinci yer (bir nəfər)- Diplom və pul mükafatı (200 AZN)
İkinci yer (bir nəfər)- Diplom və pul mükafatı (150 AZN)
Üçüncü yer(1 nəfər)- Diplom və pul mükafatı (100 AZN)
Həvəsləndirici yer (3 nəfər)- Diplom və qiymətli hədiyyə
Yerlər film və fotolar üçün ayrılıqda təyin edilir.
Ünvan: Naxçıvan şəhəri, H. Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Əlaqələndirici şəxs : Könül Babayeva
Tel: 545-39-75