Miniatür Kitab Muzeyinin yaranmasından 21 il ötür

A- A A+

Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 21 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika "Kitab" cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdırir.

Bu gün muzeydə 145 kvadratmetr sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 6 minə yaxın minikitab, o cümlədən “Ginnesin rekordlar kitabı”nın standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayiş etdirilir.

Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının nəşri olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75x0,75 mm və 3-nün ölçüləri isə 2x2 mm təşkil edir. Eləcə də alman nəşriyyatlarının mikrokitablardan: 1-nin ölçüləri 2,0x2,9 mm (Leyptsiq) və 3-nün ölçüləri 3,5x3,5 mm (Münhen) olan kitablar hesab edilir.

2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnes rekordlar kitabı”na daxil edilmişdir.

Qeyd edək ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir, sərbəst şəkildə buraya daxil olur və muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir.

Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. 2014-cü il dekabrın 18-dən fəaliyyət göstərən filialda 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: