Sualtında çəkilən rəsmlər - VİDEO - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi Türkiyənin Fethiye əyalətində 27 aprel-2 may tarixlərində “Beynəlxalq Dənizlərimiz və Rənglərimiz” adlı  sərgi təşkil olunub. Sərgidə rəssamlar sualtında çəkdikləri rəsmləri nümayiş etdiriblər.

Tədbirə ümumilikdə 13 rəssam qatılıb. Onların arasında Türkiyə ilə yanaşı, Gürcüstan və Azərbaycandan olan rəssamlar da var.Ölkəmizi Naxçıvandan 4 rəssam Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva , Murad Nurlu, Arzu Novruzov, Həbib Allahverdiyev, Bakıdan isə Ramiz Abbasov təmsil ediblər. Rəssamlarımızın müxtəlif mövzularda işlədiyi əsərlər diqqəti çəkib.

NUHÇIXAN sualtında çəkilmiş həmin anların videomaterialını sizə təqdim edir.

Anar Tağıyev

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: