Xalq Teatrı komediya oynadı-FOTOLAR - FOTOLAR

A- A A+

Babək Rayon Xalq Teatrı yazıçı İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyasını səhnələşdirib. Rayon Mədəniyyət Evində tamaşanın premyerası olub.

NUHÇIXAN xəbər verir ki, məişət mövzusunda olan tamaşada hadisələr iki ailə arasında baş verən münasibətdən bəhs edir. Gözlənilməz gülüş doğuran vəziyyətlər, komik hadisələrlə və dialoqlarla zəngin komediya tamaşaçıda xoş ovqat yaradıb.

Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev və musiqi tərtibatçısı Cabir Məmmədovdur.  Rejissor bu dəfə gənc həvəskar aktyorların da qüvvəsindən istifadə edib.

Xalq teatrının təcrübəli aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, Stella Babayeva, İsmayıl Qurbanov yaratdıqları obrazların daxili aləmini aça biliblər.

Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: