İstanbulda “Mübariz” romanının imza günü keçirilib

A- A A+

İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübariz” romanının imza günü keçirilib.

NUHÇIXAN xəbər verir ki, imza günü sərgidə fəaliyyət göstərən Azərbaycan bölməsində təşkil olunub.

Türkiyəli yazıçı Yurtsevən Şən tərəfindən qələmə alınan əsər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinin tərəfdaşı olan “Zəngin yayıncılıq” nəşriyyatında çap olunub.

Əsərdə Mübariz İbrahimovun həyatı real hadisələr əsasında yüksək bədii peşəkarlıqla işıqlandırılıb.

Romanın Türkiyədə böyük rəğbət qazanmasının əsas səbəblərindən biri xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun qardaş ölkədə tanınması və Azərbaycan şəhidinə göstərilən sonsuz ehtiramdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: