“Forsaj 10” filmi ili uğurla başa vura bilər

A- A A+

"Universal Pictures" studiyasının istehsal etdiyi “Forsaj” filminin növbəti 10-cu bölümünün kassa gəlirləri 300 milyonu keçə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin ilin sonuna kimi dünya film nümayişləri arasında ən yaxşı nəticə ilə xeyli gəlir əldə etmək şansı var.

Beləliklə, “Forsaj” filminin onuncu bölümünün gəlir baxımından səkkizinci (519 milyon dollar) və yeddinci bölümlərdən (397 milyon dollar) sonrakı pillədə qərarlaşacağı ehtimal olunur.

Xatırladaq ki, Justin Linin rejissorluq etdiyi, Vin Dizel və Tyrese Gibson kimi dünyaşöhrətli kino ulduzlarının rol aldığı ekran əsərinin premyerası cari ilin aprelində olub. Filmin dünya üzrə nümayişləri davam etməkdədir.

"Forsaj" filmləri 2001 ildən istehsal olunur və "Universal Pictures" studiyasının ən böyük, gəlirli layihəsi hesab edilir. Bu filmlərin ümumi gəliri 6 milyard dolları keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: