Naxçıvanda “İstedad əngəl tanımır” yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib - VİDEO

A- A A+

Naxçıvanda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “İstedad əngəl tanımır” adlı yaradıcılıq müsabiqəsinin seçim mərhələsinə start verilib.

Əvvəlcə ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin ilk seçim mərhələsi Şərur rayonunda həyata keçirilib. 40-a yaxın iştirakçının qatıldığı ilk  seçim mərhələsində Şərur, Kəngərli və Sədərək rayonlarında yaşayan istedadlı, 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər iştirak ediblər.

Qeyd edək ki, növbəti seçim mərhələsi mayın 31-də Ordubad rayonunda keçiriləcək. Bu mərhələdə isə Ordubad və Culfa rayonu üzrə istedadlı, 18 yaşadək sağlamlıq imkanları məhdud  şəxslər iştirak edə bilər.

Seçim mərhələləri bitdikdən sonra layihəyə uyğun olaraq iyun ayında müsabiqənin final mərhələsinin keçirilməsi nəzərdə tutulur.

                                                                                          Məmməd Qurbanlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: