“Heydər Əliyev İli” çərçivəsində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında yeni yaradıcılıq müsabiqələrinə start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və  rəsm müsabiqələrinin keçirilməsinə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu gündən start götürən ifaçılıq müsabiqəsində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin  şagirdləri iştirak edəcək. Müsabiqənin təşkilində məqsəd muxtar respublikada yaşayan istedadlı gənc və yeniyetmələrin aşkar edilib üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Müsabiqədə fərdi nominasiyalar 2, kollektiv nominasiyalar, rəsm və rəqs sənəti nominasiyaları isə 1 turdan ibarətdir. Müsabiqənin şərtlərinə görə, iştirakçılar yalnız təhsil aldıqları ixtisas üzrə müsabiqədə iştirak edə bilərlər. Fərdi nominasiyalar üzrə 2 yaş qrupu müəyyən edilib. Müsabiqədə fərqlənən ifaçılar və kollektivlər Naxçıvan şəhərində keçiriləcək yekun konsertdə iştirak edəcəklər. II turun iştirakçıları, o cümlədən müəllimlər, konsertmeysterlər, həmçinin göstəricisi yüksək olan məktəblər müsabiqənin yekunlarına görə “İlin məktəbi”, fəxri fərman və diplomla mükafatlandırılacaq.

Muxtar respublikada uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan  istedadlı gənc və yeniyetmələrin aşkar edilib üzə çıxarılması, gənc istedadlara dövlət qayğısının artırılması, rəsm ixtisası üzrə tədrisin  səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” muxtar respublika rəsm müsabiqəsi iki yaş kateqoriyası üzrə keçiriləcək. Müsabiqə qalibləri təşkil olunacaq yekun tədbirində mükafatlandırılacaq və qalib iştirakçıların əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçiriləcək rəqs müsabiqəsi isə 2 yaş qrupu üzrə keçirilir, müsabiqənin iştirakçıları solo (fərdi), duet və qrup, nominasiyaları üzrə müsabiqədə iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: