Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

A- A A+

Azərbaycanda “Street food” konsepsiyası üzərində iş gedir.

NUHÇIXAN xəbər verir ki, bunu Bakıda “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

Onun sözlərinə görə, söhbət əsasən qutab növlərindən gedir. “Ölkəmizdə daha çox Türkiyə mətbəxinə məxsus dönər və lahmacun “Street food” kimi tanınır. Amma biz istəyirik ki, özümüzün milli yeməklərimizi təqdim edək. Bu da əsasən qutab növləri ilə bağlı olacaq. Həmçinin biz Türkiyə, İsrail kimi dost ölkələrdə milli qutab mərkəzlərinin fəaliyyət göstərməsini istəyirik. Hələ ki, milli mətbəximizin ölkəmizdə təbliği məqsədilə 14 müxtəlif regionda iş aparmışıq və tezliklə platforma təqdim edəcəyik”, - deyə turizm rəsmisi əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: