Naxçıvanda kənd turizminin inkişafına diqqət artırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Biləv kəndində sakinlərlə kənd turizminin əhəmiyyəti və inkişafının vacibliyi mövzusunda söhbət aparılıb.

Diqqətə çatdırılıb ki, kəndlərdə kirayə verilən evlərin siyahısı və fotoları Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnternet saytında yerləşdirilməklə təbliğ olunur. Saytda kirayə verilən obyektin tipi, yerləşdiyi rayon və kənd, sahibkarın əlaqə nömrələri, obyekt haqqında ətraflı məlumat və digər qeydlər yer alır. Bütün bu məlumatların yerləşdirilməsi nəticəsində, internet üzərində axtarış edən qonaqlar tərəfindən, kənd evlərinin sahibləri ilə birbaşa əlaqə yaratması imkanı yaranır.

Qeyd olunub ki, son illər  muxtar respublikada müxtəlif istirahət mərkəzləri istifadəyə verilir, yerli və əcnəbi turistlərə müxtəlif xidmətlər göstərilir. Şahbuz rayonunun Ağbulaq kəndində istirahət mərkəzinin, Ordubad rayonun Anaqut kəndində “Xan Çinar” istirahət mərkəzinin və Culfa rayonunun Ləkətağ kəndində istirahət kompleksinin istifadəyə verilməsi, həmçinin kənd evlərində qonaqlama xidmətinə böyük maraq və tələbat müşahidə olunur. Bunu nəzərə alaraq evini turistlərə kirayə vermək istəyən şəxslər Turizm Departamentinə və ya aidiyyəti kənd icra nümayəndəliyinə müraciət edə bilərlər.

Görüş zamanı kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb. İştirakçılara muxtar respublikanın turizm potensialını özündə əks etdirən bukletlər təqdim olunub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: