“Əshabi-Kəhf”də zəvvarlar üçün hotel və digər ziyarət infrastrukturu qurulacaq - VİDEO

A- A A+

Hər il yüzlərlə insanın ziyarət etdiyi “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində  zəvvarların və xaricdən gələn qonaqların rahatlığı üçün hər cür şərait var. İstər ölkəmizin başqa bölgələrindən, istərsə də xaricdən gələn ziyarətçilərin sayının artması burada yeni turizm infrastrukturunun qurulmasına ehtiyac yaradıb.

Hazırda burada 21 istirahət guşəsi, 1 məscid, qurbanlıqlar üçün xüsusi ət kəsim yeri, əl işlərinin, xatirə əşyalarının və yerli məhsulların satışının təşkil olunduğu 2 mağaza mövcuddur. Ziyarətçilər buradakı xidmətlərdən razılıq edirlər. Ziyarətgah əməkdaşları bildirirlər ki, bəzi günlərdə, xüsusilə dini bayramlarda ziyarətçilərin sayı gündəlik 600 nəfəri keçir.

Ziyarətçilər arasında burada ən çox lazım olan xidmətin seçilməsi və yeni təkliflərin öyrənilməsi məqsədilə anket sorğu da keçirilir.

Naxçıvanın bu müqəddəs məkanında daha çox zaman keçirmək istəyən zəvvarlar dünya səviyyəli digər ziyarətgahlarda olduğu kimi, Əshabi-Kəhf yaxınlığında da restoran və gecələmək üçün hotelin yaradılmasını təklif edirlər. Təbii ki, “Əshabi-Kəhf”də bir və ya bir neçə gün qalmaq istəyənlər ərazidə qurbanlıq ətlərin saxlanılması üçün soyuducu anbarın yaradılmasını da zəruri hesab edirlər.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: