Asel Zeynəb Kayanın “Mənim rəngli sənətim” adlı fərdi rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində istedadlı şagird Asel Zeynəb Kayanın “Mənim rəngli sənətim” adlı fərdi rəsm sərgisi açılıb.
Heydər Əliyev adına tam orta məktəbin 3-cü sinif şagirdi Asel Zeynəb Kayanın sərgilənən 20-yə yaxın rəsm əsəri və dulusçuluq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya və digər çıxış edənlər gənc istedadı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Asip Kaya Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, istedadlı gənclərin üzə çıxarılmasında bu cür layihələrin xüsusi rolundan danışıb.
İstedadlı şagird Asel Zeynəb Kayaya təşəkkürnamə və diplom təqdim edilib.
Sonra tədbir bədii hissə ilə davam edib.