Azərbaycanın 2 faylı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına təqdim edilib

A- A A+

Azərbaycan Respublikasının Naxçıvan ənənəvi kollektiv “Yallı rəqsi” faylı UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycanın Qazaxıstan və Türkiyə ilə birlikdə “Dədə Qorqud irsi: bu epopeya ilə bağlı mədəniyyət, xalq əfsanələri və musiqi”yə dair faylı isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, bu haqda UNESCO-nun qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiyasının katibi Tim Kurtis AZƏRTAC-a bildirib.

Qeyd edilib ki, 2018-ci ildə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına 7 fayl, qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına 40 fayl və yaxşı mühafizə praktikasına 2 fayl daxildir.

Noyabrın 26-dan dekabrın 1-dək Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında digər məsələlərlə birlikdə yuxarıda göstərilən fayllara baxılacaq və onların müvafiq siyahılara daxil edilməsi ilə bağlı qərar qəbul ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: