ABŞ-ın populyar “Netflix” şirkəti ilin ən yaxşı filminin adını açıqlayıb.
NUHÇIXAN “The İndependent”ə istinadla xəbər verir ki, şirkət “Dırnaq yeyən triller” filmini ən uğurlu hesab edib. Film kinoteatrlarda üç ay müddətində ardıcıl nümayiş olunub.
Artıq kinoteatrlarda “Boru kəmərini necə partlatmaq olar” adlı və soyğun mövzusunda çəkilən yeni trillerin nümayişinə başlanılıb. Andreas Malmın 2021-ci ildə qələmə aldığı əsər əsasında çəkilən filmdə Texasda neft boru kəmərinin partladılması cəhdindən və bunun qarşısını almağa çalışan bir qrup ətraf mühit fəalından söhbət açılır.
“Netflix” şirkətinə görə, “Təbiətlə mübarizə”, “Aşpaz cədvəli”, “Mars nəsli”, “Gelibolu”, “İmperiyaların yüksəlişi: Osmanlı” və “Hitlerin karyerası” ən uğurlu filmlərdən hesab olunur.