Kolizey bir ayda üçüncü vandalizm hadisəsi ilə üzləşib

A- A A+

17 yaşlı alman turist Romadakı Kolizeydə abidənin divarına adının baş hərflərini cızdığına görə saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İtaliyanın “RAI News 24” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu, eramızın I əsrinə aid Flavian sülaləsinin qədim amfiteatrında son bir ayda üçüncü belə vandalizm hadisəsidir.

Kanal xatırladıb ki, yalnız cümə günü isveçrəli gənc turist Romanın mərkəzindəki arxeoloji abidənin ərazisində saxlanılıb, bələdçilərdən biri onun öz adının baş hərflərini cızarkən yaxalayıb.

Cəmi iki həftə əvvəl mətbuat Böyük Britaniyadan gələn, adını və sevgilisini qədim divara cızan bolqarəsilli gənc turist haqqında yazmışdı. İtaliyada belə bir vandalizm cinayətinə görə 15 000 avroya qədər cərimə nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: