Fuad Nağıyev: "Azərbaycanda hava şəraitinin dəyişkənliyi turizm imkanları üçün çətinlik yaradır"

A- A A+

Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanları üçün çətinlik yaradır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur. Sədr söyləyib ki, çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir: “Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər. Sel, daşqınların turizmə vurduğu ziyan hələ ki hesablanmayıb”.

Xatırladaq ki, yay mövsümü başlayandan ölkədə qeyri-sabit hava şəraiti qeydə alınıb. Bir çox bölgədən sel keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: