Bir müddətdir səhhətində problemlər yaşanan türkiyəli məşhur aktyor, şair, dramaturq və teatr rejissoru Yılmaz Qruda 93 yaşında dünyasını dəyişib.
NUHÇIXAN xəbər verir ki, aktyorun meneceri Tümay Özokur sosial hesabında məlumat paylaşıb.
Eyni zamanda Film-San Vəqfi də sosial media hesablarında paylaşım edib.
Xatırladaq ki, “Yabancı kürəkən”, “İş gücü”, “Kavak yelleri” kimi seriallarda rol alan Yeşilçamın usta aktyoru Y.Qruda böyrək çatışmazlığı səbəbindən martın 13-də İstanbulda xəstəxanaya yerləşdirilmişdi.