Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Əməkdar memar Səbinə Hacıyeva və xidmətin sektor müdiri Mahir Qəhrəmanov Naxçıvana gəliblər.
NUHÇIXAN xəbər verir ki, onlar Naxçıvan və Ordubad şəhərlərində tarixi abidələrə baxış keçiriblər. Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan şəhərində tarix-turizm kompleksinin yaradılması, Ordubadda isə tarix-mədəniyyət qoruğunun inkişafı ilə bağlı tədbirlər görüləcək.