Naxçıvan qədim abidələr diyarı, mühüm bir mədəniyyət beşiyidir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair (2023-2027-ci illər) Dövlət Proqramı çərçivəsində tarix-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazılanması və bərpası nəzərdə tutulur. Bu vacib işlərin görülməsi üçün tarix və mədəniyyət abidələrimizin, qədim məscid və məbədlərimizin vətəndaşlarımızın şəxsi arxivində saxlanılan orijinal foto və videolarına da ehtiyac vardır. Vətəndaşlaımızdan xahiş olunur ki, layihəyə dəstək məqəsədi ilə özlərində olan foto və videoları Naxçıvan televiziyasının və “Nuhçıxan” İnformasiya Agentliyinin elektron poçt ünvanlarına göndərsinlər: [email protected] [email protected] whatsapp: 060 505-44-44