Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirib.
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyən kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?"
və digər onlarla filmdə rejissor kimi imzası var.
Allah rəhmət eləsin!