Türkiyənin mühüm turizm mərkəzlərindən biri olan Kapadokya bölgəsindəki muzey və tarixi yerləri ilin yeddi ayında 2 milyon 356 min 49 turistin ziyarət etdiyi bildirilib.
NUHÇIXAN xəbər verir ki, Nevşehir Valiliyindən verilən açıqlamaya görə, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Kapadokyadakı muzey və xarabalıqlar bu il də yerli və xarici turistlərin maraq dairəsindədir.
Bu müddətdə burada yerləşən Göreme Açıq Hava Muzeyi 1 milyon 4 min 666 ziyarətçi ilə siyahının başında, Zelve xarabalıqları 943 min 669 nəfərlə ikinci, Kaymaklı Yeraltı Şəhəri isə 502 min 137 turist ziyarəti ilə üçüncü olub.
Xatırladaq ki, bölgədəki muzey və tarixi yerləri ötən ilin eyni dövründə 1 milyon 892 min 112, 2021-ci ilin eyni dövründə isə 854 min 449 yerli və xarici turist ziyarət etmişdi.