Kristofer Nolanın "Oppenheimer" bioqrafik dramı İkinci Dünya müharibəsi mövzusunda çəkilən filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olub.
NUHÇIXAN kinonews.ru saytına istinadla xəbər verir ki, "Oppenheimer" nümayişlərdən əldə olunan gəlirlərə görə, “Dunkerk” və hətta Stiven Spilberqin ən çox gəlirli “Sıravi Rayanı xilas etmək” filmlərini üstələyib.
“Oppenheimer”in dünya miqyasında kassa gəliri 559,2 milyon dollara çatıb və nümayişlərdən toplanan gəlirlər hazırda artmaqda davam edir.
Xatırladaq ki, məşhur “Sıravi Rayanı xilas etmək” filmi bir vaxtlar o dövrlər üçün 482 milyon dollar, təxminən iyirmi ildən sonra ekranlara çıxan “Dunkerk” isə 527 milyon dollar toplaya bilmişdi.
K.Nolanın "Oppenheimer" bioqrafik filmi eyni zamanda “Oskar” mükafatına namizəd ekran əsərləri sırasında yer alır.