Yeni yaradılan Xor kollektivinin ilk konserti olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xor kollektivinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında ilk konserti olub.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yeni yaradılan Xor kollektivinin ifasında bir-birindən maraqlı xor əsərləri səslənib. Konsertdə tanınmış Azərbaycan bəstəkarları Emin Sabitoğlu, Müslüm Maqomayev, Musa Mirzəyev, Rəşid Məmmədovun xor üçün bəstələdiyi əsərlərlə yanaşı, rus və Avropa bəstəkarlarının musiqi əsərləri də ifa edilib.  “Naxçıvan marşı”, “Ey Vətən”, “Sənsən xilaskar”, “Xoşbəxt olsun uşaqlar”, “Odlar yurdu Azərbaycan”, “Minnətdarlıq”, “Dostluq mahnısı” adlı xor əsərləri alqışlarla qarşılanıb.

Kollektivə muxtar respublikanın uşaq musiqi və incəsənət məktəblərindən öz ifaçılıq istedadı ilə seçilən şagirdlər cəlb edilib.

Qeyd edək ki, konsertin xormeysteri Elmira Hüseynova, konsertmeysteri isə  Səxavət Rəhimov olub. 

                                                

                                                                           Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: