Nyu-Yorkda Qara Qarayev musiqisi səsləndirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı-Bruklin Dostluq Assosiasiyası, Azərbaycan və Qafqaz Yəhudi Soydaşlarının ABŞ-dakı Mədəniyyət Fondu (AZZEM), Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi ilə birgə təşkil edilib.

Klassik piano ifaçısı Nərgiz Əliyarova konserti açaraq, dinləyiciləri bəstəkarın yaradıcılığı ilə tanış edib. Daha sonra Bakı-Bruklin Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib.

Təbdirdə ABŞ-dan olan klassik piano ifaçısı Nərgiz Əliyarova və Kamilla Məmmədova, skripka ifaçısı Azər Dəmirov, violonçel ifaçısı Kristin Lamprea, bəstəkar və caz ifaçısı Ruslan Ağababayev caz ansamblı ilə birlikdə dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Qara Qarayevin "İldırımlı yollarla" və "Yeddi gözəl" baletləri, “Vətən” operası, "Don Kixot" simfonik qravürlərindən hissələr, prelyudiya və romanslar səsləndirilib və dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: