Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının saytı istifadəyə verilib

A- A A+

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir.

Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq festivalın saytı (https://uhf.culture.az) hazırlanaraq istifadəyə verilib.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, musiqisevərlər sayt vasitəsilə musiqi bayramının tarixi, 15-ci festivalın proqramı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, Bakı ilə yanaşı, Gəncə və Şəmkirdə reallaşacaq festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Almaniya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: