Naxçıvanda Milli Musiqi Günü qeyd olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında Milli Musiqi Günü münasibətilə konsert proqramları təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən Milli Musiqi Gününün qeyd olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, bu il də ənənəyə sadiq olaraq sentyabrın 18-dən 28-dək keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. Nazir müavini əlamətdar gün münasibəti ilə mədəniyyət və incəsənət nümayəndələrini  təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edib.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert proqramında dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib.

Dinləyicilərdə xoş əhvali-ruhiyyə yaradan konsertdə həmçinin görkəmli bəstəkarlardan Fikrət Əmirovun, Tofiq Quliyevin, Qara Qarayevin, Asəf Zeynallının əsərləri və xalq mahnıları ifa edilib.

Qeyd edək ki, Milli Musiqi Günü muxtar respublikanın rayonlarında da qeyd olunub.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: