Gələn il Naxçıvanın Ümumdünya İrs Siyahısına salınacaq abidələri UNESCO-ya təqdim ediləcək

A- A A+

Naxçıvan Muxtar Respublikasında UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi memarlıq abidələri müəyyənləşdiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə birgə 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması işini həyata keçirməlidir. Daha sonra UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək tarixi-memarlıq abidələri müəyyənləşdirilməlidir.

2024-cü ildə isə ilkin Siyahıya salınmış abidələr arasından Ümumdünya İrs Siyahısına salınacaq abidələrin nominasiya faylının hazırlanıb UNESCO-ya təqdim edilməsi baş tutmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: