AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu Naxçıvan Muxtar Respublikasında əlyazmaların toplanması ilə bağlı ekspedisiyalarını davam etdirir.
NUHÇIXAN xəbər verir ki, fondun əməkdaşları Ordubad rayonundan əldə edilən 4 adda əlyazma və 6 adda qədim çap kitablarının üzərində ilkin tədqiqat işləri aparıblar.
Toplanılan materiallar arasında Sədi Şirazinin əxlaqi-didaktik mövzuda fars dilində “Gülüstan”, azərbaycanca nəstəliq xətti ilə “Rüstəmnamə”, fars dilində nəstəliq xətt ilə “Məntiq”, Abbas ibn-Qulu ibn-Mehdi xan tərəfindən farsca qələmə alınan “Gülşəni-əttar”, Bəhaəddin Məhəmməd ibn-Sərməndinin fars dilində yazdığı “Tənbihətul-qafilin” adlı əlyazma və qədim çap kitabları var.
