Babək Rayon Mədəniyyət Sarayında Məmməd Arazın yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə tədbir keçirilib.

1933 – cü il oktyabr ayının 14 – də Naxçıvan Muxtar Rеspublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olmuş nəğməkar şairimiz M.Arazın yaradıcılığında vətən sevgisinin, vətənpərvərliyin, ümumiyyətlə, Azərbaycançılıq motivlərinin öndə gəldiyini bildirən Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə 2010 – cu ildə şairin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam imzaladığını bildirdi. 27 sentyabr 2013 – cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış və şairin yubileyi ölkəmizdə geniş qeyd edilmişdir. Şairin ədəbiyyat sahəsində xidmətləri və yaradıcılığı layiqincə qiymətləndirilmiş, o, 1979 – cu ildə Azərbaycan SSR – in “Əməkdar mədəniyyət işçisi”, 1984 – cü ildə “Əməkdar incəsənət xadimi”, 1991 – ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür. 1995 – ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir.  

Şairin yaxın qohumu İbrahimova Nərminə Məmməd Araz haqqında xatirələrini iştirakçılarla bölüşərək və onun Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadının olduğunu bildirdi. Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini İnayət Fətullayev Xalq şairinin həyat və yaradıcılığı haqqında məlumat verdi.

Tədbirin bədii hissəsində görkəmli şair M.Arazın sözlərinə yazılmış musiqilər və ədəbi – bədii kompozisiya iştirakçıların alqışları ilə qarşılandı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: